Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.
Yenicag.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, danışıq əsnasında dünyadakı münaqişəli vəziyyətlər və sülhə gedən yolların müəyyənləşdirilməsinin zəruriliyi vurğulanıb.
Telefon danışığı təxminən 20 dəqiqə davam edib./Azertag/