Papa: “Bir gün istefa verə bilərəm”

Səhhətindəki problemlərə görə istefa verə biləcəyi ilə gündəmə gələn Papa Fransisk yayılan söz-söhbətlərlə bağlı açıqlama yayıb. 

Yenicag.az xəbər verir ki, o, bu barədə “Reuters”ə danışıb.

İstefa verəcəyi ilə bağlı iddiaları rədd edən Papa bu ay Afrika və Kanadaya səfər edəcəyini, daha sonra isə Moskva və Kiyevə gedəcəyini ümid etdiyini bildirib. Xərçəng xəstəliyinə tutulması ilə bağlı iddiaları da təkzib edən Papa “həkimlərim mənə bu barədə heç nə demədi” deyə zarafat edib.

Son olaraq 85 yaşlı Papa Fransisk səhhəti pisləşərsə, bir gün istefa verə biləcəyini də ifadə edib.