Papa Fransisk münaqişə edən ölkələri Milad mövsümündə atəşkəsə çağırıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
“Gəlin Milad günü müharibənin bütün cəbhələrində, Ukraynada, Müqəddəs Torpaqda, Yaxın Şərqdə və bütün dünyada atəşkəs üçün dua edək”, – o, dünyaya çağırış edib.
Yepiskop hərbi əməliyyatlar nəticəsində məktəblərin, xəstəxanaların və kilsələrin dağıdıldığı Ukraynadakı vəziyyəti pisləyib. O, İsrailin Qəzza zolağındakı əməliyyatını da tənqid edərək, münaqişədə xüsusilə uşaqlara qarşı həddindən artıq vəhşiliyin olduğunu əlavə edib.