!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Papa liftdə qaldı - Bu dəfə Xırdalanda deyil, Vatikanda işıqlar söndü

!Reklam – Yazi

Vatikanda Papa Fransiski 25 dəqiqə ərzində liftdə qalıb. 

Yenicag.az xəbər verir ki, daha sonra o xilasedicilər tərəfindən liftdən çıxarılıb.

Nəticədə Roma Papası bazar ayinləri mərasiminə gecikib.

Hadisəyə səbəb Vatikanda elektrik probleminin yaşanması olub.

Mərasimə 10 dəqiqə gecikən Papa Fransiski gülə-gülə, “Sizdən üzr istəməyə məcburam” deyərək nitqinə başlayıb və onu xilas edən xilasedicilər üçün xalqdan alqış istəyib.

Çıxışına gülərək davam edən Papa, çıxışı ərzində qlobal istiləşmədən danışıb və hökümətləri bu yolda birləşməyə çağırıb.

www.yenicag.az

7651
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv