Papa Fransis Argentina hökuməti tərəfindən göndərilən 16.666.000 pezo(1.2 milyon dollar) məbləğində bağışlanan pulu rədd edib. Argentina başqanı Mauricio Macrinin, təhsilə yardım üçün göndərdiyi pulun qəbul edilməməsində səbəbin məbləğin içərisində ‘666’ rəqəminin keçməsi olduğu bildirilir.
Yenicag.az-ın “Vatican Insider”’a istinadən verdiyi xəbərə görə, Papa Fransis, 666 rəqəmini heç sevmədiyini məktubunda bildirib. Xristianlar üçün uğursuz sayılan 666 rəqəmi şeytanın rəqəmi olaraq qəbul edilir.
“Guardian” isə əsl səbəbin Papa ilə Macrini ilə əlaqələrin yaxşı olmasına dair xəbərlərin geniş yer alması olduğunu bildirib. Belə ki, Argentina mediasının iki lider arasındakı bu yaxınlaşmaya verdiyi rəng Papanı narahat etdiyindən bu addımı atıb.
Yenicag.az