Papa Stalinlə Putini müqayisə etdi

Roma Papası Fransisk 1930-cu illərin əvvəllərində Ukraynada Stalinin süni şəkildə yaratdığı aclıq qurbanlarını xatırlamağa çağırıb.

Yenicag.az xəbər verir ki, Papa Ukraynaya edilən hücumları Qolodomor zamanı baş verən soyqırımla müqayisə edib:

“Gəlin, bu soyqırımın qurbanları üçün dua edək. Eyni zamanda, bu gün təcavüzdən əziyyət çəkən bütün ukraynalılar, uşaqlar, qadınlar, qocalar üçün də dua edək”. /Unikal/