Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Papanın Bakı səfərinin proqramı açııqlandı

3e5b8a557957ba5b5d706576d2f6cc9aRoma Papası Fransiksin Gürcüstan və Azərbaycana səfərinin proqramı açıqlanıb.

Proqrama əsasən səfəri iki gün davam edəcək (sentyabrın 30-dan oktyabrın 2-nə qədər-red) Papa Gürcüstanda prezident Georgi Marqvelaşvili, bütün Gürcüstan katolikosu İlya, yerli katolik icmasının nümayəndələri ilə görüşəcək.

Oktyabrın 2-də Roma Papası Tiflisdən Bakıya gələcək. Papanın Bakıya səfəri “Bakirə Müqəddəs Məryəm” kilsəsində dua oxuması ilə başlayacaq. Ardından Vatikan başçısının Azərbaycan Prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi şeyx Allahşükür Paşazadə, Bakıdakı Rus Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələri ilə görüşü planlaşdırılıb.

Həmin gün axşam Papa Vatikana qayıdacaq.

Xatırladaq ki, Papa Fransiks iyunun sonlarında Ermənistanda üçgünlük səfərdə olub.

www.yenicag.az

297