Papua-Yeni Qvineyada 5,6 bal gücündə zəlzələ

Papua-Yeni Qvineyanın şimal sahillərində 5.6 bal gücündə zəlzələ qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə cümə axşamı Avro-Aralıq dənizi Seysmoloji mərkəzi açıqlama yayıb.

Mərkəzin məlumatına görə, zəlzələnin episentri Vanimo şəhərindən 43 kilometr məsafədə, ocaq isə 40 kilometr dərinlikdə olub.

Zəlzələ nəticəsində dağıntı və ya insan tələfatı olmayıb.

COP29