Papua-Yeni Qvineyada 7,1 bal gücündə zəlzələ oldu

Papua-Yeni Qvineyada 7,1 bal gücündə zəlzələ qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 2 min nəfər əhalisi olan Ambunti şəhərindən 38 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 73 kilometr dərinlikdə olub.