Papua-Yeni Qvineyada zəlzələ oldu – 6 bal

Papua-Yeni Qvineyanın Yeni Britaniya adalarında 6,0 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, “UTC” vaxtı ilə saat 18:47-də qeydə alınan yeraltı təkanların episentri, Kokopo şəhərindən 76 kilometr şərqdə, ocağı isə 60 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.