Papuaşvili yenidən Gürcüstan parlamentinin sədri seçildi

2011-ci ilin dekabrından qanunverici orqana rəhbərlik edən Şalva Papuaşvili 11-ci çağırış Gürcüstan parlamentinin sədri seçilib.

Yenicag.az xəbər verir ki, Papuaşvilinin namizədliyinin lehinə 88 deputat səs verib. Heç kim bunun əleyhinə səs vermədi.

Yeni seçilən parlamentin ilk iclasında müxalifət iştirak etmir.