Para-atletika üzrə yığma komandamız Antalyada təlim-məşq toplanışında iştirak edəcək

Azərbaycanın para-atletika üzrə yığma komandası Antalyaya təlim-məşq toplanışına yollanıb.

Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, on gün davam edəcək hazırlıq prosesinə baş məşqçi, ikiqat Paralimpiya çempionu Oleq Panyutin rəhbərlik edəcək.

Təlim-məşq toplanışı mayın 2-9-da İtaliyanın Yesolo şəhərində keçiriləcək para-atletika üzrə lisenziya xarakterli Qran-Priyə hazırlıq xarakteri daşıyır.