Parabadmintonçumuz DÇ-də növbəti mərhələyə vəsiqə qazandı

Azərbaycan parabadmintonçusu İbrahim Əliyev Tayland Krallığının Pattaya şəhərində keçirilən dünya çempionatında növbəti mərhələyə vəsiqə qazanıb.

Milli Paralimpiya Komitəsindən Yenicag.az-a verilən məlumata görə, idmançı SU5 kateqoriyasında qrup mərhələsini ikinci pillədə tamamlayıb.

O, taypeyli rəqibinə 0:2 hesabı ilə uduzduqdan sonra Yeni Zelandiya təmsilçisini üstələyib – 2:1. Yığma üzvü sonuncu raundda kubalı idmançını 2:0 hesabı ilə məğlub edib.

İbrahim Əliyev növbəti mərhələdə yaponiyalı parabadmintonçu ilə qarşılaşacaq.

Qeyd edək ki, turnirə fevralın 25-də yekun vurulacaq.