Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Paradda dəhşətli terakt - Ölən və yaralananlar var - FOTO/VİDEO

10:45

İranın cənub-qərbində, Əhvaz şəhərində hərbi parad zamanı atışma olub.

Yenicag.az-ın məlumatına görə, naməlum şəxslər hərbi konvoyu atəşə tutub.

İlkin məlumata görə, insident nəticəsində bir neçə əsgər ölüb, yaralılar da var.

Məlumata görə, naməlum şəxslər atəşi parad keçirilən əraziyə yaxın yerləşən parkdan açıblar. Ölən və yaralanan əsgərlərlə yanaşı, mülki şəxslərin də xəsarət aldıqları bildirilir.

Son məlumata görə, atəş açan şəxslərdən birinin zərərsizləşdirilib, digərilərinin isə hadisə yerindən qaçmağa müvəffəq olduqları qeyd edilir. Həmin şəxslərin axtarışları aparılır.

Yaralılar xəstəxanaya çatdırılır.

***

Hazırda ölkə paytaxtında hərbi paradda iştirak edən prezidenti Həsən Ruhani teraktdan sonra ərazidən uzaqlaşdırılıb.

İnsident nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb. Yaralılardan birinin Xuzestan əyalətinin SEPAH komandiri olduğu bildirilib.

Həmçinin yaralılar arasında uşaq və qadının olduğu da qeyd olunub.

***

İRNA agentliyinin məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 24-ə, yaralananların sayı isə 53-ə yüksəlib.

***

İranın Əhvaz şəhərində hərbi parad zamanı azı 10 nəfərin ölümünə səbəb olan insidentlə bağlı məsuliyyəti “Əl-Əhvaziyə” separat qruplaşması öz üzərinə götürüb.

www.yenicag.az

4258
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM