Paralimpiya Oyunlarındakı bayraqdarlarımız müəyyənləşdi

Azərbaycanın “Paris-2024” Yay Paralimpiya Oyunlarındakı bayraqdarları müəyyənləşib.

Yenicag.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov məlumat verib.

O bildirib ki, yarışların açılış mərasimində parataekvondoçu İmaməddin Xəlilov və paraatletika üzrə millinin üzvü Lamiyə Vəliyeva Fransanın paytaxtında Azərbaycan bayrağını daşıyacaq.

Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.