Paraqvay Kubokunda inanılmaz qol – VİDEO

Paraqvay Kubokunda keçirilən “Kolon JAS” – “Serro Porteno” matçında möhtəşəm qola imza atılıb.

Yenicag.az xəbər verir ki, meydan sahiblərinin oyunçusu Mario Rikardo inanılmaz qol vurub.

Uzaq məsafədən vurulan qol 2018-ci ilin “Puşkaş mükafatı”na layiq görülə bilər.

Qeyd edək ki, qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.