Paraşütçüləri daşıyan təyyarə qəzaya uğradı – 16 ölü, 6 yaralı – VİDEO / YENİLƏNDİ

Rusiyanın Tatarıstan Respublikasında yüngül motorlu “L-410” təyyarəsinin qəzaya uğraması nəticəsində 16 nəfər həlak olub, 6 nəfər xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyəti ağırdır.

Hadisə yerində xilasetmə işləri başa çatdırılıb.

Qəza oktyabrın 10-da səhər saatlarında Menzalinsk şəhəri yaxınlığında baş verib. Aerokluba məxsus təyyarədə 23 nəfər, o cümlədən 20 paraşütçü olub. İlkin fərziyyə görə, qəza təyyarənin yükünün artıq olması, təyyarənin nasazlığı, yaxud uçuş heyətinin səhvi üzündən baş verib.

Tatarıstan Prezidenti Rustam Minnixanov hadisə yerinə gedib.

Çexiya istehsalı olan “L-410” təyyarəsi 1987-ci ildən istismarda olub.

***

11:13

Rusiya Federasiyasının Tatarstan Respublikasının Menzelinsk şəhərində paraşütçüləri daşıyan L-410 yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Yenicag.az “TASS”a istinadən xəbər verir ki, qəza Bakı vaxtı ilə təxminən saat 10:11-də baş verib. Təyyarənin göyərtəsində 20 nəfər olub.

Məlumata əsasən, qəza nəticəsində 19 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb.

Digər təfərüatlar barədə məlumat verilmir.