Parataekvondoçumuz AÇ-də bürünc medal qazandı

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında bürünc medal qazanıb.

Yenicag.az xəbər verir ki, 58 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız 3-cü yer uğrunda qarşılaşmada qalib gələrək fəxri kürsüyə qalxıb.