Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Parçalanmış cəsədin kimliyi paltarın barkodu ilə tapıldı

Türkiyədə parçalanmış halda tapılan cəsədin kimliyi maraqlı üsulla müəyyənləşdirilib.

Yenicag.az xəbər verir ki, bıçaqlanaraq öldürüldükdən sonra meşəyə atılan meyit heyvanlar tərəfindən parçalanıb.

Kişi cəsədi 14 gün morqda saxlanıldıqdan sonra kimsəsizlər məzarlığında dəfn edilib.

Lakin sonradan onun kimliyi əynindəki paltarın barkodu ilə müəyyənləşdirilib. Paltarın satıldığı yeri müəyyənləşdirən Qaziantep polisi eyni geyimdən alan 200 nəfərlə bağlı araşdırma aparıb. Sonda isə sözgedən cəsədin Adem Kameri adlı şəxsə aid olduğu üzə çıxıb.

44 yaşlı mərhumun ailəsi ilə əlaqə saxlanıldıqdan sonra onun cəsədi məzarlıqdan çıxarılaraq yaxınlarına təhvil verilib.

Qeyd edək ki, polisin araşdırması nəticəsində qatil N.Ç adlı vəkil də həbs olunub. Vəkil ifadəsində 70 kq narkotik mübahisəsi nəticəsində onu öldürdüyünü bildirib.

Loading...

www.yenicag.az

1329
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100