Paris-2024: Arman Darmaci qarət olundu

İndoneziyanın badminton üzrə olimpiya komandasının əməkdaşı Arman Darmaci qarət olunub.

Yenicag.az xəbər verir ki, hadisə Parisdə keçirilən Yay Olimpiya Oyunları zamanı baş verib.

Yığmanın menecerinə məxsus çanta bazar ertəsi avtomobildən oğurlanıb. Cinayətkarlar pul, kredit kartı və pasportu götürüblər.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

COP29