Paris-2024: Azərbaycanın sərbəst güləşçisi 1/4 finala yüksəlib

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Yenicag.az xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan idmançı 1/8 finalda Dominikan Respublikasından olan Luis Migel Pereslə üz-üzə gəlib.

Görüş təmsilçimizin 9:0 hesablı qələbəsi ilə başa çatıb. M.Maqomedov 1/4 finalda polşalı Mateuş Baranovski ilə qarşılaşacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

COP29