Paris-2024: İtaliyalı atlet yarışdan əvvəl xəstəxanaya yerləşdirilib

İtaliyalı olimpiya çempionu Canmarko Tamberi Fransanın Paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları zamanı xəstəxanaya yerləşdirilib.

Yenicag.az xəbər verir ki, bu barədə idmançı sosial şəbəkələr vasitəsilə məlumat verib.

Hündürlüyə tullanma yarışlarının başlamasına az qalmış atlet böyrək daşı səbəbindən xəstəxanaya yerləşdirildiyini bildirib. O, yüksək hərarətinin olduğunu, buna baxmayaraq yarışda iştirak etmək istədiyini yazıb.

Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

COP29