“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Fransanın Marsel şəhərinə gətirilib.
Yenicag.az xəbər verir ki, bu barədə Yelisey Sarayının “X” səhifəsində görüntülər yayımlanıb.
Bununla əlaqədar təşkil edilmiş mərasimdən əvvəl yaxtaların və qayıqların təntənəli paradı baş tutub. Məşəl üç dirəkdən ibarət yelkənli qədim “Le Belem” gəmisinin göyərtəsində Marsel limanına gətirilib.
Hərbi təyyarələr şəhərin səmasını Fransa bayrağının rəngləri ilə boyayıb./Azertag/