Paris Olimpiadasına lisenziya qazanmış boksçularımız Azərbaycana qayıtdılar

Tailandın paytaxtı Banqkokda keçirilmiş II Dünya Olimpiya Təsnifat Turnirində uğurlu çıxış edərək “Paris-2024″ Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Azərbaycan boksçuları Vətənə qayıdıblar.

Yenicag.az xəbər verir ki, Malik Həsənov (63,5 kiloqram) və Alfonso Dominqesi (92 kiloqram) Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Boks Federasiyasının nümayəndələri, azarkeşlər, media mənsubları və idmançıların yaxınları qarşılayıblar.

Buna qədər Nicat Hüseynov (51 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) “Paris-2024″ Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar. Beləliklə Azərbaycan yığması Olimpiadada 5 boksçu ilə təmsil olunacaq. Milli komandamız yalnız iki çəki (57 və 71 kiloqram) dərəcəsində Olimpiya Oyunlarından kənar qalıb. Azərbaycan yığması lisenziya sayında Özbəkistan, Qazaxıstan və Avstraliyadan geri qalıb.

Dünya dördüncülüyünə şərik olan millimiz Kuba ilə eyni göstəriciyə malikdir.

Olimpiadaların nəhəngi sayılan ABŞ isə cəmi 4 lisenziya ilə Azərbaycandan geridədir.

Qeyd edək ki, Olimpiadada boks yarışları iyulun 27-dən avqustun 10-dək davam edəcək./Azertag/