Paris terroru ilə bağlı ən son xəbərlər – Foto-Video – Yenilənib – 3

11221762_10206961429167888_1295674448367786367_nParisdə konsert salonunda partlayış törədən terrorçulardan biri ələ keçirildikdən sonra dindirilib.

O, Parisdəki bütün terror aktlarının İŞİD-in törətdiyini açıqlayıb. İŞİD yönlü saytlar hadisəni “Avropanın 11 sentyabrı” olduğunu bəyan edib.

Son məlumatlara görə, ölənlərin sayı 160-ı keçib.

***

Təkcə, Parisin konsert salonunda baş verən terror aktında yüz nəfər həlak olub.

Son anda qurtulmağı bacaran kişi baş verənləri belə izah edib: “Yarım saat idi ki, konsert başlamışdı. Bir anda iki kişi ortaya çıxdı. Silahlarla insanlara atəş açırdılar. Hər kəs təşvişə düşmüşdü. Yerə yatdıq, atəşə davam edirdilər.

Səhnənin sağ tərəfində açıq qapı var idi. Hər kəs ora qaçırdı. Amma nərdivanlarda da tıxac yaranmışdı. Sonra hər kəs dama çıxmağa çalışdı. Damın qapısını açdılar bir neçə nəfər dama çıxdıq. Bir neçə dəqiqə orada gözlədik. Silah səsləri, qışqırtı, inilti səsləri gəlirdi. Silahlıların maskaları yox idi. Yerdə yatan insanlara davamlı şəkildə atəş açırdılar. Mərhəmətləri yox idi”./atv

https://www.youtube.com/watch?v=ovTZnfGMqcc

 

https://www.youtube.com/watch?v=XF75o_ARFn4