Paris terrorunu həyata keçirənlərdən daha biri məlum oldu – VİDEO

483924_468437Paris prokuroru Fransua Mollens qarşısı alınan hücumun və yeni şübhəlilər barədə danışıb. Mollens bildirib ki, bir neçə gün öncə tapılan intihar kəməri 13 noyabr terror aktını törədənlərdən biri – Saleh Abdeslama məxsusdur. Onun telefonu hücumdan sonra məhz həmin ərazidə qeydiyyata alınmışdı.

«Bəzi məsələlər var ki, mən nə geniş məlumat verə bilmərəm, nə də bunu istəmirəm.19 noyabrda əliminə keçən materallar mənə onu deməyə imkan verir ki, iki terrorçu – Abaaud və şəxsiyyəti hələ müəyyən olunmamış bir kişi Parisin la Defence rayonunda terror aktı keçirmək istəyirmişlər. Terror 18, ya da 19 noyabra planlaşdırılıbmış. Bu naməlum şəxsin cəsədi mənzildə aşkarlanıb (Sen Denidəki)» , – deyə prokuror bildirib.

Hazırda Paris terrorçularından daha birinin adı məlum olub. 30 yaşlı Məhəmməd Abrini Fransa və Belçika polisi axtarır.
Terrordan sonra gizlənə bilən və hətta Belçika sərhəddinə gedə bilən Saleh Abdeslam hazırda axtarışdadır.

Bundan əlavə daha 142 nəfər terrorda şübhəli bilinərək saxlanılıblar. Fransa polisi dünən Artiqa şəhərində sələfilərin imamı Olivye Korelin evində axtarış aparıblar. İstintaqa əsasən o, Tuluza regionunda bir sıra terrorçuların, o cümlədən Məhəmməd Mer və Fabyen Klenin sələfidir(faktxəbər)