Paris terrorunun daha bir təşkilatçısı tutuldu

1448052716448Parisdə terror aktları təşkil etməkdə şübhəli bilinən İŞİD kəşfiyyatçısı Türkiyədə tutulub.

Mərakeş əsilli Belçika vətəndaşı, 26 yaşlı Əhməd Dahmani dünən Antalya şəhərində hoteldə tutulub. O, İŞİD-in kəşfiyyatçılarındandır və noyabrın 13-də Parisdə terror aktları törədilməzdən əvvəl orada səfərdə olub.

Qeyd edək ki, noyabrın 13-də Parisdə törədilmiş silsilə terror aktları nəticəsində 130 nəfər həlak olub(Azvision)