Paris və Roma marafonu təxirə salındı – Koronavirus təhlükəsi

Martın 29-da İtaliyanın paytaxtı Romada və aprelin 5-də Fransanın paytaxtı Parisdə keçirilməsi planlaşdırılan qaçış marafonu təxirə salınıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu qərara səbəb koronavirus epidemiyasının çox yayılmasıdır.

Məlumata görə, Paris marafonu oktyabrın 18-də keçiriləcək. Parisdə bu həftə sonu keçirilməsi planlaşdırılan “Harmonie Mutuelle” marafonu sentyabrın 6-na keçirilib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 87 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96 898-ə çatıb. Bunların 53 975 nəfəri sağalıb, 3 308 nəfəri isə ölüb.

COP29