!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parisdə baş verən terror hadisəsindən sonra… – Ekspert şərhi

!Reklam – Yazi

238522Ərəstun Oruclu: “Parisdə baş verən terror hadisəsinin İŞİD-ə qarşı Qərbin quru əməliyyatlarına başlamasına gətirib çıxaracağını…”

Fransanın paytaxtı Parisdə törədilən terror aktı nəticəsində son rəsmi məlumatlara görə 127 nəfər həlak olub. Bundan başqa xeyli sayda insan da yaralanıb.  Bu terror hadisəsini İŞİD-in törətdiyi bildirilir.  Ən azından İŞİD özü də yaydığı məlumatda  buna işarə vurub.  Hazırda bildiyimiz kimi, Suriya və İraqda ABŞ başda olmaqla Qərb bir tərəfdən, Rusiya isə digər tərəfdən İŞİD-in mövqelərinə hava zərbələri endirməklə məşğuldurlar.  İŞİD-lə quruda əməliyyatı isə Əsədə sadiq qüvvələr aparır. Amma hələlik nə Qərb, nə də Rusiya terrorçulara qarşı daha ciddi quru əməliyyatlarına keçməyib.   Lakin Parisdə baş verən terror hadisəsindən sonra belə fikirlər səslənir ki, Vaşinqton və onun Avropadakı müttəfiqləri  havadan müdafiə olunmaq şərtilə İŞİD-ə qarşı quru əməliyyatlarına keçəcəklər.

Görəsən, 11 sentyabr hadisəsindən dərhal sonra olduğu kimi, Paris olayından sonra  da terrorçulara qarşı quru əməliyyatlarına start verilməsi baş verə bilərmi?

Yenicag.az-a müsahibəsində “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bildirdi ki, Paris hadisəsindən sonra da İŞİD-ə qarşı mübarizədə, Qərbin quru əməliyyatlarına keçməklə, kordinal dəyişikliyin ola biləcəyini zənn etmir: “Parisdə baş verən terror hadisəsinin İŞİD-ə qarşı Qərbin quru əməliyyatlarına başlamasına gətirib çıxaracağını zənn etmirəm. Amma İŞİD-ə qarşı mübarizə istənilən halda gecləndirilir. G-20-in sammiti ərəfəsində də bu xüsusi vurğulandı və bildirildi ki, İŞİD artıq məhv olmaq üzrədir və onun tamamilə məhv edilməsi üçün dövlətlər əlindən gələni edəcəklər.  Ona qarşı mübarizə onsuz da gedir.  Eyni zamanda onu da hər kəs bilir ki, İŞİD, “Əl-Qaidə” kimi  təşkilatlardan istənilən an istənilən aktı gözləmək olar.  Parisdə baş verən terror hadisəsindən sonra İŞİD-ə qarşı mübarizədə Qərb tərəfindən müəyyən bir intensivləşmə ola bilər.  Amma bu istiqamətdə hansısa kordinal dəyişikliyin olacağı, Qərbin quru əməliyyatlarına start verəcəyini düşünmürəm.  Parisdəki hadisədən sonra da belə düşünürəm ki, heç bir yerə qoşun yeridilməyəcək”.

ELÇİN

www.yenicag.az

457
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv