!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parisdə dəhşət - Notr-Dam kilsəsində yanğın - VİDEO/YENİLƏNDİ

!Reklam – Yazi

15.04.2019  22:20

Fransa paytaxtında yerləşən XII əsrə aid Paris Notr-Dam kilsəsində (Notr-Dam de Pari) yanğın baş verib.

Yenicag.az xəbər verir ki, alov kilsə qüllələrindən birini əhatə edib. Yyanğın təxminən yerli vaxtla saat 18:50-də başlayıb. Yanğın davam edir.

Yanğının söndürülməsi üçün yüzlərlə texniki və canlı qüvvə əraziyə cəlb olunub.

Kilsənin damı və üzərində olan saat uçub. Alov yayılmağa davam edir.

Qeyd edəkl ki, Fransa Prezidenti Emmanuel Makronun bu gün televiziyadan xalq qarşısında çıxışı təxirə salınıb.

Emmanuel Makron “Sarı jiletlilər”in tələblərini nəzərə alaraq, ölkə prezidentinin rəhbərliyi ilə aparılan böyük debatların nəticələrini televiziya vasitəsilə xalqa açıqlamalı idi.

***

Paris Notr-Dam kilsəsinin sağ qülləsinin damı yanğın nəticəsində uçub.

***

Yanğın Paris Notr-Dam kilsəsinin sol qülləsini də keçib.

Yanğınsöndürənlər yanğını söndürməyə ehtiyat edirlər. Çünki güclü su şırnağının tarixi tikilinin tamamilə uçmasına səbəb olacağı deyilir.

***

Parisin arxiyepiskopu keşişlərə çağırış edərək bütün şəhərlərdə zəngləri çalmağa və dualar oxumağa səsləyib.

***

Yanğın Əleyhinə Mübarizə Xidmətinin rəhbəri Campedro Boskainonun sözlərinə görə, yanğını sabah söndürmək mümkün olacaq.

“Olaya baxdığımızda sabah səhər saatlarında yanğının söndürülməsinin mümkün olacağı görünür. Bu, çox uzun işdir”, – deyə Boskaino bildirib.

***

Parisdə Notr-Dam kilsəsindəki yanğın söndürülüb.

Məlumata görə, yanğın söndürülüb və hazırda isti hissələrin soyudulması prosesi gedir.

Paris meri Ann İdalqo açıqlamasında bildirib ki, kilsənin mehrabı və mehrab xaçı yanğın zamanı zərər çəkməyib.

Hazırda yanğınla bağlı “tarixi abidənin bilmədən yandırılması” maddəsi üzrə istintaq işlərinə başlanılıb.

Paris Prokurorluğu hadisənin cinayət əməli deyil, qəza nəticəsində baş verdiyini güman edir.

www.yenicag.az

25416
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv