Parisdə dəhşətli partlayış – 15 yaralı – FOTOLAR/VİDEO

Fransanın paytaxtı Parisdə mərkəzində Treviz küçəsində güclü partlayış hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, partlayış nəticəsində 1-i yanğınsöndürən olmaqla 15 nəfər yaralanıb.

Hadisə çörəkbişirmə müəssisəsində baş verib.

Əraziyə yanğınsöndürmə və təcili tibbi yardım briqadası cəlb olunub.

Partlayışa qaz sızması səbəb olub.