Parisdə məscidə silahlı hücum edildi

Bazar günü axşam Fransanın paytaxtı Paris şəhərində yerləşən məscidlərin biri naməlum şəxs tərəfindən atəşə tutulub.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, dəbilqədə olan naməlum şəxs məscidin həyətinə daxil olaraq oradakı şəxslərə atəş açıb. Nəticədə azı bir nəfər yaralanıb.

Silahlı basqın edən şəxs barədə məlumat verilməyib.

Qeyd edilib ki, atəş açan şəxs hadisə yerindən skuter vasitəsi ilə uzaqlaşıb. Hal-hazırda şübhəli şəxs axtarışdadır.