Parisdə metroda partlayış baş verib

Fransanın paytaxtı Parisdə metroda güclü partlayış baş verib.

Yeniçağ.Az APA-ya istinadən verdiyi xəbərə görə, insident paytaxtın İtaliya meydanı yaxınlığında qeydə alınıb.

Partlayış nəticəsində 8 nəfər yaralanıb. Onların vəziyyətləri barədə məlumat verilmir. Polis təşvişə düşən sərnişinləri stansiyadan təxliyə edib.

Partlayışın qısa qapanma nəticəsində baş verdiyi bildirilir. Terror aktı versiyası nəzərdən keçirilmir.

Yeniçağ.Az