Parisdə “sarı jiletlər”in etiraz aksiyası davam edir.
Yenicag.az xəbər verir ki, Fransa polisi Sena çayının sahilində aksiyada gözyaşardıcı qazdan istifadə ediblər.
Etiraz aksiyalarında azı 3,5 min insan iştirak edir.
Bildirilir ki, polislərin etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etməsinə səbəb aksiya iştirakçılarının hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və butulka atmaları olub.
Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları Bove şəhərində etirazçılar tərəfindən edilən provokasiyarldan sonra aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər. Bu şəhərdə etiraz aksiyalarında 600-ə yaxın insan iştirak edir.