Parisdə “sarı jiletli”lərin aksiyası – 43 nəfər saxlanıldı

Fransanın paytaxtı Parisdə “sarı jiletlilər”in növbəti aksiyası keçirilir.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, polis 43 etirazçını saxlayıb.

Günorta Parisdə 3,1 min nümayişçinin etiraz aksiyasına qatıldığı bildirilib.

Qeyd edək ki, Fransada “sarı jiletlilər” aksiyası ötən ilin 17 noyabrından başlayıb.