Dünən “Park Bulvar” Ticarət Mərkəzində bir ərəb xanımın ayağının eskalatorun arasında qalması və onun hadisə yerindən birbaşa xəstəxanaya aparıldığı barədə məlumat yayılıb.
Yenicag.az məsələyə aydınlıq gətirmək üçün “Park bulvar”ın ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayıb. Saytımıza bildirilib ki, hazırda xanım turistin vəziyyəti yaxşıdır:
“Hadisə dünən baş verib. Turist xanımın diqqətsizliyi üzündən ayağı eskalatorda ilişib qaldı. Qarşıda uşaqlar da olub. Qadın özünü itirib, necə davranacağını bilməyib. Dərhal təcili tibbi yardım maşını çağırdıq. Həkimlər onu müayinə edib, ilkin tibbi yardım göstərdilər. Onun xəstəxanaya aparılması barədə yazılan xəbərlər yanlışdır. Hazırda onun sağlamlığı ilə bağlı heç bir problem yoxdur, turist xanım öz ölkəsindədir, ”.
Qeyd edək ki, xəbəri goldnews.az yayıb.
Cəvahir
Yenicag.az