Nərimanov rayonunda əlbəyaxa dava zamanı bir nəfər bıçaq xəsarətləri alıb.
Yenicag.Az “Report”a istinadən bildirir ki, hadisə “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığındakı parkda baş verib.
1981-ci il təvəllüdlü Əhmədov Kamil Neymət oğlu tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı o, bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.