Reklam: High Technic
hightechnic

Parkda meyit tapılıb

meyit-00160018Göyçay şəhərində parkda qadın meyiti tapılıb.

Göyçay Rayon Prokurorluğundan verilən xəbərə görə, Əli Kərim parkında gəzən sakinlərdən biri Rayon Polis Şöbəsinə zəng edərək oturacaqda bir qadın meyitinin olduğu barədə məlumat verib.

Polis əməkdaşları hadisə yerinə baxış keçirib, parkda dünyasını dəyişən şəxsin şəhər sakini, 1955-ci il təvəllüdlü Nəcəfova Bənövşə Seyfulla qızı olduğunu müəyyən ediblər.

Meyit Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə təhvil verilib.

Ölümünün dəqiq səbəbi ekspertizanın rəyindən sonra bilinəcək.

Məlumata görə, əvvəllər rayonda toy məclislərində müğənnilik edən Bənövşə Nəcəfovanın sonradan psixoloji problemləri yaranıb, o, evini sataraq, tüfeyli həyat sürüb, gecələr parklarda yatırmış.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

www.yenicag.az

306