!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Parkovşik”lərin manat TƏLƏBİ: “Əllərinə çubuq alıb düşürlər şəhərin canına” - AÇIQLAMA / VİDEO

!Reklam – Yazi

Bakı küçələrində hər gün minlərlə sürücü avtomobilini müvəqqəti saxlamaq üçün qanunsuz fəaliyyət göstərən şəxslərə, el dili ilə desək, “parkovşik”lərə 1 manat pul ödəməli olurlar.

Paytaxtın Nərimanov rayonu ərazisində də eyni hal yaşanıb. Belə ki, pulsuz parklanma olan sahədə parkinq üçün qanunsuz olaraq pul tələb olunub. Səbəbini soruşduqda “rəhbərliyin” tələbi olduğu vurğulanıb.

Nəqliyyat eksperti Elməddin Muradlı Yenicag.az-a açıqlamasında yaranmış vəziyyətə münasibət bildirib.

O, qeyd edib ki, bir çox hallarda qazilərin adından istifadə olunaraq belə addımlar atılır:

“Belə qanun yoxdur, heç kim pulsuz park ərazisində parklanmaya görə pul tələb edə bilməz. Əfsuslar olsun ki, sözügedən hallar aidiyyatı qurumların gözü qarşısında baş verir. Bəzi hallarda qanunsuz parkinq işçiləri tərəfindən vətəndaşlara təzyiq də göstərilir.

Qanunsuz parkinqdən ayda təqribən yarım milyon manat pul qazanılır. Bunun haqq-hesabını heç kim aparmır. Vəziyyətə aidiyatı qurumlar müdaxilə etməlidir. Axı, bu nə özbaşınalıqdır? Sanki dədəsindən miras qalıb. Gözümüzdə həmin pullar manat-qəpik kimi görsənə bilər. Axşam yığılan məbləğ çox böyükdür”.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli saytımıza açıqlamasında vurğuladı ki, parklanma nişanı quraşdırılmış sahədə avtomobil saxlamaq ödənişsizdir.

“Fotoda göstərilmiş parklanma nişanı tariflərin müəyyən olunmadığını bildirir. Sözügedən nişan olan ərazidə parkinqə ödəniş tələb olunmamalıdır. Qanunsuz ödəniş tələb olunduqda 102 qaynar xəttinə müraciət edilməlidir”, – deyə mayor A.Əsgərli qeyd edib.

www.yenicag.az

1218
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv