Parlament Azərbaycanın Vatikanda səfirlik açmasına razılıq verdi

Milli Məclisin bugün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Yenicag.az xəbər verir ki, layihəyə əsasən Azərbaycan Müqəddəs Taxt-Tacda (Vatikan) səfirlik açır.

Qanun layihəsi müzakirələrdən sonra qəbul edilib.