Burkina-Fasonun paytaxtı Uaqaduquda hökumətə qarşı keçirilən etiraz aksiyaları sonda zorakılıqlarla nəticələnib.
Bir qrup fəal parlament binasına soxularaq qanunvericilərin iclas zalını yandırıb. Zorakılıqlarla əlaqədar prezident ölkədə fövqəladə vəziyyət elan edib.
Ölkə parlamentinin prezident Blez Kompaorenin daha 5 il vəzifədə qalması məqsədilə konstitusiyaya dəyişiklik etməsi planı etirazlara səbəb olub. Ötən gün deputatlar qanun layihəsini səsverməyə çıxarmağa çalışıblar. Lakin zorakılıqlar səbəbilə bu mümkün olmayıb.
Məlumata görə, eyni zamanda, Bobo Diulasso şəhərində də nazir evləri hücumlara məruz qalıb. Zorakılar şəhərdə mağaza və marketləri qarət ediblər.
Hazırkı prezident Blez Kompaore 1987-ci ildə hərbi çevrilişlə hakimiyyətə gəlib. (anspress.com)