Parlament məhkəmə hakiminin səlahiyyətinə vaxtından əvvəl xitam verdi

Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Yenicga.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin iclasında müzakirəyə çıxarılıb.

Məsələ haqqında məlumat verən deputat Nizami Səfərov bildirib ki, hakim E.Nağıyevanın fəaliyyətində ciddi nöqsanlar olduğuna görə onun səlahiyyətlərinə xitam verilməsi təklif edilir.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

COP29