Peru parlamenti ölkə prezidenti Pedro Pablo Kuçinskinin istefasını qəbul edib.
Yenicag.az xəbər verir ki, bu gün yeni dövlət başçısının inauqurasiya mərasimi keçiriləcək. Ölkəyə bundan əvvəl birinci vitse-prezident postunu tutan Martin Viskarra başçılıq edəcək.
Xatırladaq ki, Kuçinski istefa ərizəsini martın 21-də parlamentə təqdim etmişdi.