Parlament Prezidentə və Azərbaycan xalqına müraciət edəcək

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası noyabrın 13-də keçiriləcək.

Milli Məclisdən Yenicag.az-a verilən məlumata görə, iclasın gündəliyinə 1 məsələ daxildir.

1. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti haqqında.