Parlament seçkilərində təşviqat üçün ayrılan daimi görüş yerlərinin siyahısı AÇIQLANDI

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqat üçün 256 daimi görüş yeri ayrılıb.

Yenicag.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı siyahıya əsasən, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şəhər və rayonlarda 118 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer müəyyən edilib.

Qeyd edək ki, Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə ödənişli seçkiqabağı təşviqat kampaniyası yanvarın 17-də başlayacaq və fevralın 8-si saat 08:00-da başa çatacaq.

Seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerləri  ilə bu linkdə tanış ola bilərsiniz:

COP29