Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçirilir.
“Yeni Çağ” Media Qrupu olaraq deputatlığa namizədlərin seçki ilə bağlı fikirlərini öyrənməyə davam edirik.
Seçki prosesi ilə bağlı Yenicag.az-a danışan deputatlığa namizəd VI çağırış Milli Məclisin deputatı Naqif Həmzəyev bu seçkilərin uğurla başa çatacağını və Azərbaycan dövləti, xalqı, vətəndaşları üçün bu seçkilər xeyirli və uğurlu olacağını qeyd edib:
“Bildiyimiz kimi, Azərbaycan suverenliyini tam bərpa etdikdın sonra ölkəmizdə ilk parlament seçkiləri keçirilməkdədir. 2024-cü ildə suveren Azərbaycan ərazilərində prezident seçkiləri keçirildi. Azərbaycan xalqı prezident seçkilərində yüksək əhval ruhiyyə ilə və fəallıqla iştirak etdi.
Hazırda bu proseslərin davamına şahidlik etməkdəyik. Mən də bir seçici olaraq öz səsimi Gəncə şəhərində verdim və canlı olaraq seçicilərin bu prosesə aktivlik göstərərək, iştirak etdiklərini gördüm. İnanıram ki, bu seçkilər uğurla başa çatacaq və Azərbaycan dövləti, xalqı, vətəndaşları üçün bu seçkilər xeyirli və uğurlu olacaqdır”
İsmayıl Bakuvi