!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parlament sədri istefa verdi

!Reklam – Yazi

Şimali İraqda siyasi böhran davam edir.

Yenicag.az xarici KİV-ə istinadən bildirir ki, İraq Regional Kürd Hökumətində iki partiyanın hökumətdən çəkiləcəyini açıqladıqdan sonra parlament sədri də istefa verib. Ən çox təmsilçisi olan Goran (Dəyişim Hərəkatı) və Komel (İslami Cəmiyyət Hərəkatı) partiyaları idarəçilikdən çəkilirlər. Belə bir vaxtda, parlament sədri Yusif Məhəmməd də istefa verdiyini açıqlayıb.

Qeyd edək ki, 25 sentyabrda həyata keçirilən “Müstəqillik referendumu”ndan sonra yaranan böhran getdikcə şiddətlənir. Hazırda maaşlar ödənilmir. Kürd muxtariyyətinin təkcə Türkiyə və Rusiyaya 5 milyard dollardan çox borcu var.

www.yenicag.az

1874
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv