Parlamentdə dava: prezident fitə basıldı, müxalifətçilər döyüldü – Video

Cənubi Afrika Respublikasının (CAR) prezidenti Ceykob Zuma ölkə parlamentində çıxış edərkən müxalifətçi deputatlar onu fitə basıblar.

“İqtisadi Azadlıqlar Uğrunda Mübarizlər” Partiyasının təmsiçisi olan 25 deputat əyinlərinə qırmızı paltar geyiniblər. Zuma nitqlə çıxış edəndə onlar təxminən 1 saat ərzində dövlət başçısını fitə basıblar.

Parlamentin mühafizəçiləri müxalifətçi deputatları zorla iclas zalından çıxarıblar.

Parlament binası qarşısında mitinq keçirən müxalifətçiləri isə polis işıq və səs qumbaralarından istifadə edərək dağıdıb.

Korrupsiyada suçlanan C.Zumaya qarşı etimadsızlıq votumunu müzakirəyə qoymaq istəyən müxalifətçilər niyyətlərinə çatmayıblar. Parlament səs çoxluğu ilə votumu rədd edib.

Yeniçağ.az