İordaniya parlamentində deputatlar arasında əlbəyaxa dava baş verib.
Yenicag.az xəbər verir ki, iclas zamanı konstitusiyada “Qanun qarşısında iordaniyalılar bərabərdir və heç bir ayrı-seçkilik yoxdur” ifadəsinin “Qanun qarşısında iordaniyalı kişilər və qadınlar bərabərdir və heç bir ayrı-seçkilik yoxdur” ifadəsinə dəyişdirilməsi təklif olunub.
Məhz konstitusiyaya dəyişikliklə bağlı yaranan fikir ayrılığı davaya səbəb olub.
Dava səbəbindən parlamentin iclası təxirə salınıb.