Parlamentdə gərginlik – Deputatlar kresloları yandırdılar

Albaniya parlamentində keçirilən iclasda baş verən dava və gərginlikdən sonra müxalifət deputatları parlament binası qarşısında kresloları yandırıblar.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, müxalifət deputatları zaldakı bəzi avadanlıqları zədələyib və parlament sədri Elisa Spiropalinin üzərinə əşyalar atıblar. Baş verənlərdən sonra parlamentin sədri Spiropali iclası yarımçıq dayandırıb.

Müxalifət deputatları daha əvvəl Albaniya Demokratik Partiyasının (PD) deputatı Salianjinin mühakimə olunduqdan sonra deputatlıq səlahiyyətlərini itirməsi səbəbindən parlament iclasını boykot edəcəklərini bəyan etmişdilər. PD Apellyasiya Məhkəməsinin qərarının ədalətsiz və siyasi olduğunu bəyan edib və deputatlar hərəkətlərinə davam edəcəklərini bildiriblər.

Məlumata görə, Salianji bir neçə il əvvəl Albaniyanın o vaxtkı daxili işlər naziri Fatmir Xhafajın qohumlarının narkotik alveri ilə məşğul olması ilə bağlı saxta audio yazı dərc etməkdə ittiham olunub.

26 sentyabr 2024-cü ildə paytaxt Tirandakı Apellyasiya Məhkəməsi Salianjinin “yalan xəbərə” görə 1 il həbs cəzasına məhkum edilməsi qərarını təsdiqləyib.

İsmayıl Bakuvi

COP29